XƏBƏRLƏR
-
27.10.2022
"Sabahın alimləri" Respublika müsabiqəsinin 2012-2022-ci illər üzrə statistik göstəriciləri
"Sabahın alimləri" Respublika müsabiqəsinin 2012-2022-ci illər üzrə statistik göstəricilərini təqdim edirik. Siyahıda qeydiyyatdan keçən, müsabiqədə iştirak edən şagirdlərin və qalib layihələrin göstəriciləri yer alıb. -
26.10.2022
"Refleksiv müəllim" layihəsi üzrə ibtidai siniflər üçün Azərbaycan dili və riyaziyyat fənnindən seminar keçirilib
ARTİ MDPİM "Refleksiv müəllim" layihəsi üzrə seminarları davam etdirir. 24 oktyabr tarixində Albert Aqarunov adına 154 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin ibtidai sinif müəllimi Təranə Novruzova 2-ci sinif Azərbaycan dili dərsliyində olan "Sözlərin sətirdən sətrə keçirilməsi" mövzusu üzrə dərs icmalı təqdim edib. -
26.10.2022
İnformatika fənni üzrə müəllimlər üçün olimpiada proqramı istiqamətində təkmilləşdirmə dərsləri təşkil olunacaq
Son illərdə məktəblilərimizin informatika fənni üzrə nailiyyətləri artan tendensiya ilə davam etməkdədir. Bu da öz növbəsində ümumtəhsil müəssisələrinin müəllimləri arasında informatika fənni üzrə olimpiada proqramının mənimsənilməsinə təlabat yaradır. Daxil olan müraciətləri nəzərə alaraq, pilot layihə kimi 30 nəfər müəllimin bu proqram üzrə 6 həftə ərzində dərslərə cəlb olunması planlaşdırılır. -
25.10.2022
"Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi" proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir
ARTİ MDPİM tərəfindən təşkil edilən "Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi" proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir. "Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası" mövzusunda olan budəfəki təlimlər 20-23 oktyabr tarixlərində keçirilib. -
25.10.2022
Qaydalarla bağlı ictimai müzakirə keçirilib
Oktyabrın 25-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat"ın ictimai müzakirəsi keçirilib. -
22.10.2022
Məktəblilərimiz Avropa Qızlar İnformatika Olimpiadasında uğurla çıxış etdilər
Azərbaycan məktəbliləri ilk dəfə "EGOI 2022" - Avropa Qızlar İnformatika Olimpiadasında iştirak ediblər. 16-23 oktyabr 2022-ci il tarixində Türkiyənin Antalya şəhərində təşkil olunan beynəlxalq müsabiqədə ölkəmiz dörd məktəbli qızdan ibarət komanda ilə təmsil olunub. -
21.10.2022
"Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi" proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir
ARTİ MDPİM tərəfindən təşkil edilən "Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların təkmilləşdirilməsi" proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri davam edir. 17-19 oktyabr tarixlərində keçirilən budəfəki təlimlər "Sinfin idarəedilməsi" mövzusunda olub. -
21.10.2022
Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı (NASCO XXV) üçün "Qarabağa böyük qayıdış" mövzusunda tezislərin qəbulu yenidən açılıb
Azərbaycan Respublikasının Təhsil İnstitutu 2022-ci il noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransını keçirir. NASCO- nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. -
20.10.2022
ARTİ tərəfindən keçirilən "İnnovativ və strateji liderlik" təliminə start verilib
Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU), Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) "SABAH magistratura" proqramında təhsil alan bir qrup tələbəsi üçün Təhsil Texnologiyaları Mərkəzində ümumi 72 saatdan ibarət olan "İnnovativ və strateji liderlik" təliminə start verilib. ARTİ-nin direktoru və sözügedən təlim üzrə təlimçi Rüfət Əzizov inno -
20.10.2022
"Əməliyyatların mərkəzində istehsalat" adlı vebinar keçirilib
13 oktyabr tarixində saat 19:00-da ARTİ-nin təşkilatçılığı ilə "İş dünyası və ali təhsildə trendlər" və Azərbaycan Texniki Universitetinin "Sabah Magistratura" proqramı çərçivəsində "Əməliyyatların mərkəzində istehsalat" adlı vebinar baş tutub. -
20.10.2022
Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş 8-9-cu sinif şagirdləri arasında 2-ci fizika müsabiqəsi keçiriləcək
8-9-cu sinif şagirdləri arasında fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə elmi bilikləri yüksək şagirdlərin həvəsləndirilməsi məqsədilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olan Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqə təşkil olunacaq. -
19.10.2022
Müasir metodik xidmətin təşkili ilə bağlı təlimlər davam edir
ARTİ MDPİM müasir metodik xidmətin təşkili ilə bağlı təlimləri davam etdirir. 15 oktyabr tarixindən etibarən başlayan budəfəki təlimlərə Elm və Təhsil Nazirliyinin tapşırığına əsasən Regional Təhsil İdarələri tərəfindən müəyyənləşdirilmiş pilot məktəblərin direktor müavinləri cəlb olunublar.