26.10.2022

İnformatika fənni üzrə müəllimlər üçün olimpiada proqramı istiqamətində təkmilləşdirmə dərsləri təşkil olunacaq

Son illərdə məktəblilərimizin informatika fənni üzrə nailiyyətləri artan tendensiya ilə davam etməkdədir. Bu da öz növbəsində ümumtəhsil müəssisələrinin müəllimləri arasında informatika fənni üzrə olimpiada proqramının mənimsənilməsinə təlabat yaradır. Daxil olan müraciətləri nəzərə alaraq, pilot layihə kimi 30 nəfər müəllimin bu proqram üzrə 6 həftə ərzində dərslərə cəlb olunması planlaşdırılır.

Qeyd edək ki, məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

Dərslərdən əvvəl seçmə imtahanı keçiriləcək və uğurlu nəticə göstərən müəllimlərlə əlaqə saxlanılacaq. Dərslər onlayn formada təşkil olunacaq.

Təlim proqramı

İmtahan 30 oktyabr tarixində saat 11:00-da onlayn formada həyata keçiriləcək.

Son qeydiyyat tarixi: 29.10.2022-ci il

İştirak üçün Qeydiyyat  linkinə keçid edə bilərsiniz.

Bütün iştirakçılara uğurlar arzu edirik!