XƏBƏRLƏR
-
10.06.2022
AzTU-nun "SABAH Magistratura" tələbələrinin "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Stansiyasına səfəri
7 iyun 2022-ci il tarixində ARTİ-nin təşkilatçılığı ilə AzTU-nun "SABAH Magistratura" proqramının "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Stansiyasına səfər edib. -
10.06.2022
MİQ üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb
2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb. Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edib. Bu müddət ərzində namizədlərə miq.edu.az saytına daxil olaraq müsabiqədə iştirak etmək üçün müraciət imkanı verilib. -
10.06.2022
Tələbə və gənclər üçün "Uğurlu layihələrin yazılması və icrası" adlı təlim proqramı başlayır
Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və "Sustainera Consulting Services" şirkətinin birgə təşkilatçılığı ilə bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar üçün 4 - 8 iyul 2022-ci il tarixlərində "Uğurlu layihələrin yazılması və icrası" mövzusunda qısamüddətli təlim kursu keçiriləcək. -
10.06.2022
Metodika və pedaqogika üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə!
ARTİ müəllimlərin işə qəbulu müsabiqəsinə və sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə təşkil edilən seminarları davam etdirir. Budəfəki seminar metodika və pedaqogika üzrə imtahana hazırlaşan şəxslər üçün nəzərdə tutulub. -
09.06.2022
ARTİ MDPIM tərəfindən Məktəbin inkişaf planının (MİP) təqdimatları davam edir
Bu dəfə MİP təqdim edilən növbəti məktəb 173 nömrəli tam orta məktəb olub. 8 iyun tarixində məktəb rəhbərliyi və müəllim kollektivi ilə görüş keçirilib və məktəbin inkişaf planı görüş iştirakçılarına təqdim olunub. Nəzərinizə çatdıraq ki, Məktəbin inkişaf planı TKTA-nın inspeksiya hesabatı əsasında hazırlanır. Hesabata əsasən məktəblərə metodik dəstəyin göstərilməsi, həmçinin Məktəbin inkişaf planının (MİP) hazırlanması nəzərdə tutulur. -
08.06.2022
ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarları davam edir
ARTİ MDPIM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarının budəfəki görüşü M.N.Tusi adına 173 nömrəli tam orta məktəbdə keçirilib. 6 iyun tarixində riyaziyyat fənnini tədris edən müəllimlər üçün təşkil edilən seminarda məktəbin riyaziyyat müəllimi Sevil Vəliyeva dərs icmalı təqdim edib. İcmalın mövzusu V sinif dərsliyində olan "Faiz, onluq kəsr, adi kəsr" mövzusu üzrə olub. -
08.06.2022
Biologiya fənni üzrə kurikulumun müzakirəsi təşkil olunub
ARTİ fənn kurikulumlarının təkmilləşdirilməsi prosesi çərçivəsində müzakirələri davam etdirir. Bu istiqamətdə növbəti görüş Bakı məktəblərində biologiya fənnini tədris edən qabaqcıl müəllimlərlə baş tutub. Görüşdə Sinqapurun Alston təhsil şirkətinin mütəxəssislərinin mentorluğu ilə təkmilləşdirilmiş biologiya fənni üzrə məzmun standartlarının müzakirəsi olub -
08.06.2022
Məktəblərdə uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda maarifləndirici tədbirlər keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ və Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən "Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi" adlı pilot layihə çərçivəsində maarifləndirici tədbirlər baş tutub. -
07.06.2022
ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarları davam edir
ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarı bu dəfə metodik dəstək göstərilən 38 nömrəli tam orta məktəbdə təşkil edilib. 3 iyun tarixində ingilis dili fənnini tədris edən müəllimlər üçün keçirilən seminarda məktəbin ingilis dili müəllimi Sona Abbasova VI sinif dərsliyində olan "Story Time" mövzusu üzrə dərs icmalı təqdim edib. -
07.06.2022
Lisey və gimnaziyalara mərkəzləşmiş qaydada qəbul həyata keçiriləcək
Şagirdlərin elektron yerdəyişməsi portalı vasitəsi ilə (https://sy.edu.az) mərkəzləşmiş qaydada həyata keçiriləcək lisey və gimnaziyalara ərizə qəbulu 9 iyun 17:00-da başa çatacaq. Bu mərhələdə sorğu yerləşdirilməli və buraxılış vərəqi əldə edilməlidir. Qeyd edək ki, qeydiyyat buraxılış vərəqi əldə edildikdən sonra tamamlanmış hesab edilir. -
07.06.2022
"AzTU-da prioritet mühəndislik ixtisasları üzrə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması" layihəsi çərçivəsində təlimlər başa çatıb
Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Texniki Universiteti tərəfindən icra edilən "AzTU-da prioritet mühəndislik ixtisasları üzrə professor-müəllim heyətinin akademik mobilliyinin səmərəli təşkili ilə elmi potensialın gücləndirilməsi və yüksək ixtisaslı kadr hazırlığının təmin olunması mexanizminin yaradılması" layihəsi çərçivəsində ARTİ-nin təşkilatçılığı ilə 16 may – 3 iyun tarixlərində keçirilən təlimlər başa çatıb. -
07.06.2022
"Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəb əsaslı psixososial dəstəyin göstərilməsi-II mərhələ" adlı layihə çərçivəsində həyata keçirilən təlimlər
27 sentyabr –10 noyabr 2020-ci il tarixində baş verən Dağlıq Qarabağ münaqişəsi və COVID-19 pandemiyasından təsirlənən əhali arasında ən həssas kateqoriyaya uşaq və yeniyetmələr daxil idi.