"Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi" layihəsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əsas benefisiarı olduğu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Laiyhənin icra müddəti 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayınadək olan dövrü əhatə edir. Layihənin əsas məzmunu ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.

Layihənin əsas hədəfi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyalara dəstək vermək məqsədi ilə müxtəlif rəqabətqabiliyyətli tədqiqat mexanizmlərinin təqdim edilməsində institusional imkanları genişləndirməkdən ibarətdir. Azərbaycan Respublikasının Təhsil İnstitutu layihənin ümumi texniki icrasına cavabdehdir.

Layihə çərçivəsində ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların maliyyələşdirilməsində iştirak etmək üçün potensialın gücləndirilməsi  və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması kimi tədbirlər nəzərdə tutulmuşdur.