20.10.2022

Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş 8-9-cu sinif şagirdləri arasında 2-ci fizika müsabiqəsi keçiriləcək

8-9-cu sinif şagirdləri arasında fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə elmi bilikləri yüksək şagirdlərin həvəsləndirilməsi məqsədilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olan Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqə təşkil olunacaq.

Müsabiqədə ümumtəhsil müəssisələrinin 8-9-cu siniflərində təhsil alan şagirdlərə 9-cu sinif proqramına uyğun suallar Azərbaycan və rus bölməsi üzrə təqdim ediləcək. 2 mərhələdə keçirilməsi planlaşdırılan müsabiqənin birinci mərhələsi onlayn qaydada test formasında təşkil olunacaq.
 
Birinci mərhələ 30 oktyabr 2022-ci il tarixində saat 15:00-da baş tutacaq. Qeydiyyat  olimpiada.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, qeydiyyat 29 oktyabr 2022-ci il tarixinə kimi davam edəcək.

Bütün iştirakçılara uğurlar arzu edirik!