XƏBƏRLƏR
-
15.02.2021
"Onlayn təhsilin təşkili və həyata keçirilməsinə nəzarət" mövzusunda vebinarlar yekunlaşmışdır.
Məktəb rəhbərləri (direktor və direktor müavinləri), yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün "Onlayn təhsilin təşkili və həyata keçirilməsinə nəzarət" mövzusunda və COVID-19 pandemiyası dövründə və sonrasında tədrisin təşkilinə dair məktəblərin və yerli təhsili idarəetmə orqanlarının əməkdaşlarının peşəkar inkişafı üçün vebinarlar təşkil olunmuşdur. -
11.02.2021
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə bu gün saat 19:00-da "İş dünyası və ali təhsildə trendlər" onlayn vebinarlar silsiləsinin "Layihənin idarə edilməsi- Təhsildən təcrübəyə" adlı ikinci tədbiri baş tutub.
Təqdimatı bu sahədə böyük müvəffəqiyyət əldə etmiş və rəhbəri olduğu TANAP layihəsinin Layihələrin İdarəolunması İnstitutu ("Project Management Institute" (PMI)) tərəfindən "2020-ci il, İlin Layihəsi" mükafatına layiq görülmüş Polad Rüstəmov aparıb. -
10.02.2021
STEAM Azərbaycan
Təhsilalanlarda innovativ texnologiyalarla işləmək, həmçinin XXI əsr bacarıqlarının artırılması və özünükəşfetmə şansı yaratmaq məqsədilə 2019-2020-ci tədris ilindən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan "STEAM Azərbaycan" layihəsi hal-hazırda Bakı şəhəri də daxil olmaqla ölkə üzrə 45 regiondan 147 ümumi təhsil məktəbini əhatə edir. -
10.02.2021
Təhsil İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birlikdə tələbələr üçün ən müasir STEAM dərslərin keçirilməsinə görə əməkdaşlıq edəcəklər.
Yeni dövr peşə hazırlıqları üçün Təhsil İnstitutunun STEAM Azərbaycan layihəsi tərəfindən hazırlanmış modullar ADPU-nin Fizika fakültəsinin 4-cü kurs tələbələrinə 48 akademik saatlıq pilot təlimlər şəklində tədris olunacaq.