XƏBƏRLƏR
-
23.05.2022
"Python proqramlaşdırma dilində proqramın yazılması və yazılmış proqramın təhlili" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 24 may tarixində saat 17:00-da informatika fənni üzrə "Python proqramlaşdırma dilində proqramın yazılması və yazılmış proqramın təhlili" mövzusunda keçiriləcək. -
23.05.2022
ICILS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsinin keçirilməsinə başlanılıb
Azərbaycan ilk dəfə olaraq Beynəlxalq Kompüter və İnformasiya Savadlılığı Tədqiqatında (ICILS) iştirak edir. 23 maydan başlayan qiymətləndirmə Təhsil Nazirliyi və ARTİ tərəfindən həyata keçirilir. Respublika üzrə 28 məktəbin 41 sinfindən 954 nəfər VIII sinif şagirdi tədqiqatda iştirak üçün seçilib. Şagirdlər iki hissədən (bilik testləri və sorğu) ibarət sessiyada iştirak edəcəklər. Məktəb direktorları və müəllimlər arasında da sorğu aparılacaq. -
23.05.2022
Vakansiya seçimi mərhələsi başa çatıb
Dövlət ümumtəhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başa çatıb. 18-23 may tarixlərində keçirilən müsabiqənin vakansiya seçimi mərhələsində 2090 nəfər namizəd vakant yer seçərək elektron ərizəsini təsdiqləyib. -
23.05.2022
ADPU-nun "SABAH Magistratura" tələbələri Şirvan STEAM Mərkəzində olublar
ARTİ-nin təşkilatçılığı ilə ADPU-nun "SABAH Magistratura" proqramının "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə təhsil alan tələbələri 21 may tarixində Şirvan STEAM Mərkəzinə təlim səfərində iştirak ediblər. -
21.05.2022
Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı
Mələk investorları bir araya gətirən "Technovate Mələk İnvestorlar Klubu" ilə "SABAH.lab" Akselerasiya Mərkəzi arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tərəflər olaraq "SABAH.lab" Akselerasiya Mərkəzinin Baş icraçı direktoru Rəhim Bayramlı və "Technovate Mələk İnvestorlar Klubu"nun rəhbəri Orxan Bağırov çıxış ediblər. -
20.05.2022
MİQ və Sertifikasiyaya hazırlaşanlar üçün fizika fənni üzrə seminar təşkil edilib
MİQ və Sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə 18 may tarixində fizika fənni üzrə seminar təşkil edilib. 240 nömrəli tam orta məktəbdə keçirilən seminarda ARTİ MDPİM-in rəhbəri Nəzakət Mehdiyeva giriş nitqi ilə çıxış edərək iştirakçıları salamlayıb, onlara öz tövsiyələrini verib və qarşıdan gələn imtahanlarda uğurlar arzulayıb. -
20.05.2022
ADPU, AzTU və BDU-nun "SABAH Magistratura" tələbələri üçün "İş dünyası və ali təhsildə trendlər" adlı vebinarlar silsiləsinə start verilib
ARTİ tərəfindən ADPU, AzTU və BDU-nun "SABAH Magistratura" proqramlarında təhsil alan tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində 15 may tarixində "İş dünyası və ali təhsildə trendlər" adlı vebinarların keçirilməsinə başlanılıb. -
20.05.2022
ARTİ BDU-nun "SABAH Magistratura" tələbələri üçün təlim təşkil edib
ARTİ tərəfindən Bakı Dövlət Universitetinin "SABAH Magistratura" proqramının "Kompüter elmləri və texnologiyaları" ixtisaslaşması üzrə təhsil alan tələbələr üçün 16 may tarixində "İnformasiya Texnologiyaları sahəsində müasir yeni ixtisaslar, onların əsas tətbiq və iş imkanları" mövzusunda təlim təşkil olunub. Tələbələrin dərsdənkənar fəaliyyətləri çərçivəsində baş tutan təlimin qonağı ABB İnnovasiya Mərkəzinin rəhbəri Leyla Hacıyeva olub. -
20.05.2022
İbtidai sinif üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə!
ARTİ MİQ və Sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə təşkil edilən seminarları davam etdirir. Budəfəki seminar ibtidai sinif müəllimləri və ibtidai sinif üzrə müəllim olmaq istəyən şəxslər üçün nəzərdə tutulub. -
20.05.2022
Təmayül siniflər üçün fənn kurikulumları təsdiq olundu
Tam orta təhsil səviyyəsinin təmayül sinifləri üçün 7 istiqamət üzrə 8 profil fənninin (Azərbaycan dili, ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya) kurikulumları ARTİ tərəfindən hazırlanıb və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 aprel 2022-ci il tarixli, F-238 nömrəli əmri ilə təsdiq edilib. -
19.05.2022
Məktəblilərarası VII Fənn müsabiqələrinin final mərhələsinin nəticələri elan edilib
İştirakçılar nəticələrini təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər. Qaliblərin nəticələri olimpiada.edu.az saytında yerləşdirilib. 23 may tarixindən etibarən iştirakçılar portal.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq nəticələri ilə tanış ola biləcəklər. -
18.05.2022
ARTİ ilə Böyük Vitovt Universiteti arasında görüş keçirilib
18 may tarixində ARTİ-nin direktoru Rüfət Əzizovla Litva Respublikasının Böyük Vitovt Universitetinin rektoru Prof. Dr. cənab Juozas Augutis arasında görüş keçirilib. Görüş zamanı ARTİ və Böyük Vitovt Universitetinin gələcəkdə mümkün əməkdaşlıq imkanları müzakirə olunub. -
18.05.2022
"Təfəkkürün növləri" mövzusunda vebinar keçiriləcək
19 may tarixində saat 17:00-da "Təfəkkürün növləri" mövzusunda vebinar keçiriləcək. Vebinarın məqsədi sinifdə şagirdlərin təfəkkürünü inkişaf etdirməyin praktiki yolları və mövzu ilə bağlı MİQ imtahanına düşən sualların izahını verməkdir. -
18.05.2022
Kimya fənni üzrə Respublika Fənn Olimpiadalarının final turu keçirilib
18.05.2022-ci il tarixində ARTİ-nin Təhsil Texnologiyaları mərkəzində kimya fənni üzrə Respublika fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Kimya fənni üzrə final turunda 100-dən çox şagird iştirak edib. Final turunda şagirdlərə açıq tipli tapşırıqlar və 4 saat yarım vaxt verilib. Yoxlama və yazı işlərinə baxış prosesindən sonra nəticələr olimpiada.edu.az saytında elan olunacaq