İdarəetmə

Azərbaycan Respublikasının Təhsil Qanunu və bu sahədə qəbul olunan islahat proqramları təhsil müəssisələrinin fəaliyyətinin yeni tələblər səviyyəsində qurulmasını zəruri etmişdir. Dünyəvi və fasiləsiz səciyyə daşıyan, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən təhsil strateji əhəmiyyət daşıyır. Tədris müəssisəsinin idarə olunması kompleks fəaliyyətdir. İdarəetmənin (menecerin) başlıca funksiyası görüləcək işin mahiyyətini yaxşı bilməsi, zəruri bilik və bacarıqlara malik olması ilə şərtlənir. Təhsil müəssisəsində idarəetmənin əsas məqsədi məktəbin müəyyən edilmiş plan əsasında dövlətin qarşıya qoyduğu tələbləri həyata keçirməkdən, təlim-tərbiyə sahəsində yeniliklərin (innovasiyaların) həyata keçirilməsindən, qabaqcıl təcrübənin öyrənilib yayılmasında fəallıq göstərməsindən, səmərəli təlim mühitini yaratmaqdan ibarətdir. İdarəetmə bir elm olub xüsusi qanunauyğunluqları, prinsipləri, metodları bütövlükdə nəzəri və praktik əsasları ilə mahiyyəti daim zənginləşir.