21.10.2022

Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı (NASCO XXV) üçün "Qarabağa böyük qayıdış" mövzusunda tezislərin qəbulu yenidən açılıb

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2022-ci il noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransını keçirir.

NASCO- nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Konfransın istiqamətləri:

- Riyaziyyat və təbiət elmləri (fizika, kimya, biologiya, biotexnologiya, tibb elmləri, neft-kimya, ətraf mühit, yer haqqında elmlər və s.);

-İKT və mühəndislik (elektrik, qazma, robototexnika, maşınqayırma, avtomatlaşdırma və inşaat mühəndisliyi, süni intellekt, data elmi, kibertəhlükəsizlik və s.);

- Sosial-humanitar elmlər (təhsil, sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, metodika, iqtisadiyyat və s.).

Nəzərinizə çatdırmaq istəyirik ki, “Qarabağa böyük qayıdış” mövzusunda tezislərin qəbulu bu gündən etibarən yenidən açılıb.

Qeyd edək ki, tezis qəbulu üçün son müraciət tarixi 30 oktyabr 2022-ci ildir. (30 oktyabr tarixi də daxil olmaqla)
 
Sizə "Qarabağa böyük qayıdış" mövzusunun elanı üçün qeydiyyat formasını təqdim edirik:

https://docs.google.com/forms/d/1bk7J_UNvmGCo2WU_jkqn7fj3szJ49B-kdFLm9CyF-EI/edit

Kimlər iştirak edə bilər?

NASCO-da Azərbaycanın və xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrində fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlardan əlavə olaraq doktorantura təhsilini bitirmiş müdafiəyə hazırlaşanlar və fəlsəfə doktoru elmi dərəcəsi almış elmi tədqiqatla məşğul olan 35 yaşınadək gənc alimlərin də iştirakına şərait yaradılacaq.

Qaydalar!

NASCO-da yalnız məruzə edən şəxslərin tezisləri çap olunacaq və həmin şəxslər sertifikatla təltif ediləcəklər.

Qeyd: Müraciət etmək üçün "Gmail" hesabınızın olması mütləqdir!

Konfransla əlaqədar hər hansı sual, təklif, problemlərlə bağlı [email protected] elektron poçt ünvanına yaza bilərsiniz.