XƏBƏRLƏR
-
09.09.2022
BMTƏF və Aİ-nin dəstəyi ilə həyata keçirilən "Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi" layihəsi çərçivəsində metodistlərin təlimləndirilməsi keçirilib
BMT-nin Əhali Fondu (UNFPA) və Avropa İttifaqının (Aİ) dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) həyata keçirdiyi "Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi" layihəsi çərçivəsində fəaliyyətlər davam edir. -
09.09.2022
Təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərin nəzərinə!
Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Qeyd edək ki, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində təşkil olunacaq. -
06.09.2022
"SABAH.lab" Akselerasiya Mərkəzi "Sürət" proqramına müraciət vaxtını uzatdı!
Hazır startapların daha da təkmilləşib investisiyaya hazır hala gəlməsi məqsədi ilə yaradılan "Sürət" akselerasiya proqramına müraciət qəbulu açıq elan olunur. Dünyanın sahibkarlıq təhsili üzrə ən nüfuzlu təhsil müəssisələrindən biri olan IE Biznes Məktəbinin tərəfdaşlıq etdiyi Sürət proqramına Minimum Yaşam Qabiliyyətli Məhsulu (MVP) və formalaşmış komandası olan startaplar qəbul edilir. Proqrama qoşulmaq üçün digər tələb isə orta səviyyə ingilis dili biliyinin olmasıdır. -
05.09.2022
Apellyasiyaya müraciət etmək istəyən namizədlərin nəzərinə!!!
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 7-8 sentyabr tarixlərində, onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq. -
03.09.2022
Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçiriləcək
Forum "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və ARTİ-nin təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, "Təhsil TV", "Azərbaycan müəllimi" qəzeti və "Azərbaycan məktəbi" jurnalının media dəstəyi ilə hibrid formatda keçiriləcək. -
02.09.2022
NASCO XXV - Ən çox verilən suallar
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 2022-ci il noyabrın 23-24-də doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı təşkil olunacaqdır. NASCO-nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Konfransda iştirakla bağlı ən çox soruşulan suallar və onların cavablarını ictimaiyyətə açıqlayırıq. -
01.09.2022
NASCO konfransı üçün infosessiya başladı
ARTİ tərəfindən 23-24 noyabrda keçiriləcək olan doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransına - NASCO-ya müraciət qaydalarını ətraflı şəkildə izah etmək və mövcud sualları cavablandırmaq məqsədi ilə onlayn infosessiya təşkil olunub. -
29.08.2022
"Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması" adlı vebinar baş tutub
ARTİ-nin təşkilatçılığı ilə 26 avqust tarixində "İş dünyası və ali təhsildə trendlər" vebinarlar silsiləsi və Azərbaycan Texniki Universitetinin "Sabah Magistratura" proqramı çərçivəsində "Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması" adlı vebinar baş tutub.