XƏBƏRLƏR
-
07.06.2022
2022-ci ilin yaz sessiyasında ixtisas fənnindən doktorluq imtahanları keçirilib
7 iyun 2022-ci il tarixində ARTİ-də təhsil alan doktorant və dissertantlar üçün doktorluq imtahanlarının yaz sessiyası keçirilib. İmtahanlar ARTİ rəhbərliyinin təmsil olunduğu komissiya tərəfindən təşkil olunub. -
07.06.2022
ARTİ MDPİM 35 nömrəli tam orta məktəbdə Məktəbin inkişaf planını (MİP) təqdim edib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 24 dekabr 2021-ci il tarixində 35 nömrəli tam orta məktəbdə 4 istiqamət üzrə inspeksiya keçirib. İnspeksiya hesabatı əsasında məktəbə metodik dəstəyin göstərilməsi, həmçinin Məktəbin inkişaf planının (MİP) hazırlanması nəzərdə tutulub. -
06.06.2022
"Duzluluq məsələlərinin izahı" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 8 iyun tarixində saat 17:00-da kimya fənni üzrə "Duzluluq məsələlərinin izahı" mövzusunda keçiriləcək. -
06.06.2022
"Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı layihə üzrə təlimlərin üçüncü mərhələsinə başlanılıb
ARTİ MDPİM tərəfindən həyata keçirilən "Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili" adlı layihə üzrə təlimlərin üçüncü mərhələsinə başlanılıb. Bu mərhələdə peşəyönümü koordinatorları layihə çərçivəsində görülən işlərlə bağlı təqdimatlar edir, eyni zamanda proses zamanı qarşılaşdıqları çətinlikləri və növbəti tədris ili üçün fəaliyyət istiqamətlərini müzakirə edirlər. -
06.06.2022
"Süni intellekt və data elmi" təlim layihəsi davam edir
Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə ARTİ tərəfindən təşkil olunan "Süni intellekt və data elmi" intensiv təlim proqramı layihəsi davam edir. Sözügedən layihə 4 may 2022-ci il tarixindən etibarən 40 nəfər iştirakçı ilə start götürüb və ötən həftələr ərzində iştirakçılar statistika, "Python", "SQL" və "Tableau" mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər. -
06.06.2022
"Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə həyata keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyi, ARTİ və BMT-nin Uşaq Fondu UNİCEF-in dəstəyi ilə ötən ilin sentyabr ayından cari ilin may ayınadək ölkəmizin 6 bölgəsi (Gəncə şəhəri, Qobustan, Ağsu, Hacıqabul, Goranboy, Beyləqan rayonları) üzrə "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə həyata keçirilib. -
03.06.2022
Müəllimlərin işə qəbulu müsabiqəsinə start verilir
Bu gündən etibarən 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Namizədlər 10 iyun saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. -
03.06.2022
"Formativ qiymətləndirmədə rəqəmsal və ənənəvi alətlərin istifadəsi" adlı vebinar keçiriləcək
10 iyun tarixində saat 15:00-da "Formativ qiymətləndirmədə rəqəmsal və ənənəvi alətlərin istifadəsi" adlı vebinar keçiriləcək. Vebinarda spiker qismində Bilkənt Universitetinin Təhsil fakültəsinin assistent professoru İlker Kalender çıxış edəcək. -
02.06.2022
"Qeyri–üzvi kimyadan müxtəlif növ tapşırıqların izahı" mövzusunda vebinar keçiriləcək
ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. Növbəti vebinar 3 iyun tarixində saat 17:00-da kimya fənni üzrə "Qeyri–üzvi kimyadan müxtəlif növ tapşırıqların izahı" mövzusunda keçiriləcək. -
02.06.2022
Riyaziyyat fənni üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə!
ARTİ müəllimlərin işə qəbulu müsabiqəsinə və sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə təşkil edilən seminarları davam etdirir. Budəfəki seminar riyaziyyat fənnindən imtahana hazırlaşan şəxslər üçün nəzərdə tutulub. -
02.06.2022
ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarları davam edir
1 iyun tarixində 227 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün seminar keçirilib. Görüşdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Hüseynova "Fərhəng Hüseynov" mövzusu üzrə dərs icmalı təqdim edib. -
01.06.2022
Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmək istəyən şəxslərin nəzərinə!
2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 3 iyun saat 11:00-dan etibarən 10 iyun saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. -
31.05.2022
Ali məktəblərdə pedaqoji fəaliyyət göstərmək istəyən şəxslər üçün yenidən təlimlər keçiriləcək
ARTİ ali məktəblərdə pedaqoji fəaliyyət ilə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir.