01.11.2022

ARTİ və Nazarbayev intellektual məktəblərinin nümayəndə heyəti arasında görüş keçirilib

1 noyabr 2022-ci il tarixində ARTİ-nin bir qrup nümayəndəsi ilə Nazarbayev intellektual məktəblərinin nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə Nazarbayev İntelektual Məktəbinin üzvləri məktəbdə tədris-təlim prosesinin təşkili, təhsil standartları və proqramların hazırlanması haqqında, həmçinin müəllimlərin inkişafı üçün həyata keçirdikləri təlimlərdən bəhs ediblər. Eyni zamanda dərslik, metodik vəsait və digər istifadə olunan resurslar haqqında danışaraq öz təcrübələrini bölüşüblər. Görüşdə ARTİ-nin direktor müavini Ülkər Babayeva institutun fəaliyyət istiqaməti haqqında danışaraq qonaqlara geniş məlumat verib, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə “Nazarbayev İntellektual Məktəbləri” tərəfindən İdarə Heyətinin Sədri Kulyaş Şamşidinova, İcraçı direktor Aygül Kazjanova, Pedaqoji Ustalıq Mərkəzinin direktoru Janbota Kabdıkarimova, ARTİ-nin direktor müavini Ülkər Babayeva, Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev, Layihələrin idarə olunması şöbəsinin müdiri Nailə Ömərova, Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov, Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva iştirak ediblər.