05.11.2022

ARTİ və "Azercell Telekom" MMC 6, 7, 8-ci sinif şagirdlərini müsabiqəyə qatılmağa dəvət edir!

Məktəblilərin rəqəmsal dünyaya, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılması məqsədilə ARTİ-nin təşkilatçılığı və “Azercell Telekom” MMC-nin dəstəyi ilə proqramlaşdırma üzrə “AZERCELL CUP” İnformatika və Proqramlaşdırma Müsabiqəsi keçiriləcək. Müvafiq sahələr üzrə məntiqi təfəkkürün inkişaf səviyyəsi,  alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən şagirdlərin müəyyənləşdirilməsi üçün təşkil edilən bu müsabiqədə 6, 7, 8-ci sinif şagirdləri iştirak edə bilərlər.

Müsabiqəyə qeydiyyat noyabr ayının 6-dan 13-dək www.olimpiada.edu.az portalı vasitəsilə həyata keçiriləcək. 2 mərhələdən ibarət olacaq müsabiqənin 1-ci mərhələsi www.olimpiada.edu.az saytı üzərindən onlayn şəkildə keçiriləcək. Praktiki tur 16-17 noyabr, birinci tur isə virtual formada 19 noyabr tarixində baş tutacaq.

Qeyd edək ki, müsabiqənin qalibləri beynəlxalq olimpiadalara hazırlıq dərslərində iştirak etmək imkanını qazanacaq.

Qeydiyyat tarixi: 6-13 noyabr

Qeydiyyat linki: https://bit.ly/3UpbFYO

Yarışa qatılacaq hər bir şagirdə uğurlar arzulayırıq!