04.11.2022

Beynəlxalq Elm Olimpiadasına hazırlıq dərsləri keçirilir

Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (International Junior Science Olympiad-IJSO) təbiət elmləri (fizika, kimya, biologiya) üzrə yaşı 15-dən çox olmayan şagirdlər arasında həm fərdi, həm də komanda formasında təşkil olunan elm yarışıdır. 

Qeyd edək ki, artıq bir neçə ildir ki, Azərbaycan məktəbliləri bu yarışda ölkəmizi uğurla təmsil edirlər. Cari ildə 2-12 dekabr 2022-ci il tarixlərində Kolumbiya Respublikasının Boqota şəhərində keçirilməsi nəzərdə tutulan Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası üçün sentyabr və oktyabr ayları ərzində 2 mərhələli seçmə imtahanı keçirilib. Noyabr ayında hər 2 seçmə imtahanında uğurlu nəticə göstərərək ölkəmizi bu olimpiadada təmsil etmək hüququ qazanan 6 şagird müvafiq fənlər üzrə nəzəri dərslərə, laboratoriya məşğələlərinə və yarış psixologiyası üzrə sessiyalara cəlb olunurlar. 

Bütün şagirdlərə uğurlar arzu edirik!