31.10.2022

ARTİ MDPİM təlimləri davam etdirir

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində məktəblərin pedaqoji heyətinin peşəkar inkişafı yönündə keçirilən təlimləri davam etdirir. 

MDPİM əməkdaşları tərəfindən 35 və 227 nömrəli tam orta məktəblərdə bu istiqamətdə təlimlər təşkil edilib. Müəllimlər perspektiv və gündəlik planlaşdırma mövzusu üzrə 24 saatlıq təlim proqramında iştirak ediblər. Adıçəkilən təlimlərin əsas məqsədi isə müəllimlərin perspektiv və gündəlik planlaşdırmanın aparılması bacarıqlarının təkmilləşdirilməsidir. 

Təlimin sonuncu günündə iştirakçılar özləri seçdikləri bir dərsin gündəlik planlaşdırmasını hazırlayıb təqdim ediblər.

Qeyd edək ki, MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə müəllimlərin peşəkar inkişafı üçün onların tədris ehtiyaclarına uyğun müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulur.