10.10.2022

Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu ilə bağlı tez-tez verilən suallar

1. İştirak linkini necə əldə edə bilərik?

Qeydiyyatdan keçən şəxslərə iştirak linki Beynəlxalq Forumdan bir neçə gün öncə e-mail vasitəsi ilə göndəriləcək. Bu barədə məlumat "Facebook" və "Instagram" səhifəmizdə paylaşılacaq.

2. Beynəlxalq Forumda əyani necə iştirak edə bilərik?

Əyani iştirak yalnız Təşkilat Komitəsi tərəfindən dəvət edilən qonaqlar üçün mümkündür. Amma səhifəmizdə əyani iştirakla bağlı müxtəlif müsabiqələrimiz davam edəcək.

3. Beynəlxalq sertifikatın üstünlüyü nədir?

Beynəlxalq sertifikat Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər qurumların tərəfdaşlığı ilə keçirilən Beynəlxalq Forumda iştirakınızı təsdiqləyən və inkişafa maraqlı olduğunuzu göstərən sənəddir.

Bu sənədin surəti iştirakçının şəxsi işinə əlavə oluna və karyerada yüksəliş zamanı nəzərə alına bilər.

4. Ödənişsiz formada qeydiyyatdan keçənlər hazırda beynəlxalq sertifikat üçün müraciət edə bilərmi?

Ödənişsiz qeydiyyatdan keçənlər hazırda beynəlxalq sertifikat üzrə qeydiyyatdan keçə bilərlər. Bunun üçün müvafiq linkə keçid edə bilərsiniz:  https://payment.tnetwork.az/

5. Çıxışlar Azərbaycan dilinə tərcümə olunacaqmı? Beynəlxalq Forum saat neçədə başlayacaq? 

Beynəlxalq Forum 5 noyabr saat 10.00-da başlayacaq. Çıxışlar Azərbaycan dilinə tərcümə olunacaq.

6. Qeydiyyat nə vaxta qədər davam edir?

Qeydiyyat 15 oktyabr 2022-ci il tarixinə qədər davam edir.

7. Sertifikatlar hansı formada təqdim ediləcək?

5 noyabr 2022-ci il tarixindən sonra iştirakçılar  https://certificate.tnetwork.az/ saytına daxil olaraq beynəlxalq sertifkatı onlayn yükləyə bilərlər. Bu barədə ətraflı məlumat veriləcək.

8. Qeydiyyatdan keçdiyimizi necə öyrənə bilərik?

Ekranda "Qeydiyyatınız uğurla tamamlanıb" qeydi və ödəniş məbləği (əgər beynəlxalq sertifikat üçün müraciət olunubsa) əks olunur. Belə bir qeyd ilə rastlaşmısınızsa, narahat olmayın.  Zəhmət olmasa, nəzərə alın ki, e-mail ilə sadəcə iştirak linki göndəriləcək.