10.10.2022

BDU, ADPU və AzTU-nun "SABAH Magistratura" tələbələri üçün "İş yoxsa Karyera" mövzusunda vebinar təşkil olunub

BDU, ADPU və AzTU-nun “SABAH Magistratura” tələbələri üçün “İş yoxsa Karyera” mövzusunda vebinar təşkil olunub.

8 oktyabr 2022-ci il tarixində ARTİ-nin təşkilatçılığı ilə “SABAH Magistratura” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “Kompüter elmləri və texnologiyaları”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Təlim və tədrisin təşkili və metodikası”, Azərbaycan Texniki Universitetinin (AzTU) “Logistika və nəqliyyat” ixtisaslaşmaları üzrə təhsil alan tələbələri üçün vebinar təşkil olunub.

Vebinar “FORTE” şirkətinin CEO-su uğurlu iş adamı Elçin Zeynalov tərəfindən “İş yoxsa Karyera” mövzusunda keçirilib. Elçin Zeynalov tələbələrə özünü tanıdaraq, iş təcrübəsi haqqında danışıb, təlabatı artan və azalan peşə və vəzifə qrupları, karyera planlaması, informasiya işlənmə piramidası, “CASVE” dövrəsi barədə geniş məlumat verib.

O cümlədən, tələbələrə vebinarın əsas mövzusu olan karyera planlama prosesinin mərhələləri, karyera planlamada “lifehack”, karyera planlamanın faydaları, karyera planlamanın mifləri, karyera yolunda spesifik faktorlar, “JOHARİ Pəncərəsi 1955”, karyera planlama mənbələri haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, ARTİ ADPU, AzTU və BDU-da həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasını və tələbələrin dərsdənkənar fəaliyyətlərinin həyata keçirilməsini təşkil edir.