17.10.2022

"Startapların yaradılması və ekosistem" mövzusunda vebinar təşkil edilib

ARTİ “Startapların yaradılması və ekosistem” mövzusunda vebinar təşkil edib.

15 oktyabr tarixində ARTİ-nin təşkilatçılığı ilə “SABAH Magistratura” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “Kompüter elmləri və texnologiyaları”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “Təlim və tədrisin təşkili və metodikası”, Azərbaycan Texniki Universitetinin (AzTU) “Logistika və nəqliyyat” ixtisaslaşmaları üzrə təhsil alan tələbələri üçün vebinar təşkil olunub.

Vebinar “PUSH30”un CEO-su Adil Qasımov tərəfindən “Startapların yaradılması və ekosistem” mövzusunu haqqında keçirilib. Adil Qasımov tələbələrə özünü tanıdaraq, “PUSH30”un yaradılması, fəaliyyəti, uğurları və gələcək hədəfləri ilə bağlı ətraflı məlumat verib. Eyni zamanda təlimçi vebinar iştirakçılarını “PUSH30” tərəfdaşları ilə tanış edib.

O cümlədən, tələbələrə sahibkarlıq haqqında da ətraflı məlumat verən Adil bəy uğurlu iş adamı olmaq üçün ən əsas məsələnin ruhdan düşməmək olduğunu bildirib. İnteraktiv formada keçən vebinarda tələbələrin “PUSH30” və startaplarla bağlı bütün sualları cavanlandırılıb.

Qeyd edək ki, ARTİ Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilən “SABAH Magistratura” proqramının məzmununun hazırlanmasına və tələbələrin dərsdənkənar fəaliyyətlərini təşkil edir.