20.09.2022

Metodistlərin müsahibəsindən uğurla keçən namizədlər üçün təlimlər keçirilib

10-14 sentyabr tarixlərində ARTİ MDPİM tərəfindən müasir metodik xidmətin təşkili ilə bağlı müsahibədən uğurla keçən namizədlər üçün təlimlər keçirilib.

Təlimlər zamanı iştirakçılarda metodik xidmət göstərmək üçün lazım olan bilik və bacarıqların formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə praktik fəaliyyətlər təşkil olunub. Eyni zamanda iştirakçılar real öyrənmə mühitinə və müzakirələrə cəlb edilməklə təcrübə mübadiləsi imkanı əldə ediblər.

Qeyd edək ki, prosesə cəlb olunan əməkdaşların metodika və pedaqogika ilə bağlı bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində onlar üçün mütəmadi olaraq MDPİM tərəfindən təlimlərin keçirilməsi nəzərdə tutulur.