05.09.2022

Apellyasiyaya müraciət etmək istəyən namizədlərin nəzərinə!!!

Apellyasiya müsahibələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
 
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 7-8 sentyabr tarixlərində, onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq.
 
Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.
 
Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!