02.09.2022

NASCO XXV - Müraciət qaydalarına edilən dəyişiklik haqqında

Konfransın təşkilat komitəsinə gələn çoxsaylı istəkləri nəzərə alaraq konfransa müraciət edə bilən şəxslər siyahısına dəyişiklik edilib.

Kimlər iştirak edə bilər?

Azərbaycanın və xarici ölkələrin elmi-tədqiqat və ali təhsil müəssisələrində fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlardan əlavə olaraq doktorantura təhsilini bitirmiş müdafiəyə hazırlaşanlar və fəlsəfə doktoru elmi dərəcəsi almış elmi tədqiqatla məşğul olan 35 yaşınadək gənc alimlərin də iştirakına şərait yaradılacaqdır.

Konfransın elanı ilə tanış olmaq və ona müraciət etmək üçün aşağıdakı keçiddən istifadə etməyiniz xahiş olunur: 

https://www.arti.edu.az/az/newsd/1614-doktorantlarin-va-ganc-tadqiqatcilarin-xxv-respublika-elmi-konfransi-kecirilacak