XƏBƏRLƏR
-
14.06.2022
ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarları davam edir
ARTİ MDPİM tərəfindən təşkil edilən "Refleksiv müəllim" seminarları davam edir. 9 iyun tarixində 51 nömrəli tam orta məktəbdə riyaziyyat , 10 iyun tarixində isə 35 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər üçün seminar keçirilib. -
13.06.2022
Beynəlxalq olimpiadalara hazırlıq dərslərinə start verilib
ARTİ-nin təşkilatçılığı ilə 11-12 iyun tarixləri arasında Heydər Əliyev adına Müasir Təhsil Kompleksində keçirilən və 2021-2022-ci tədris ilinin 5-ci sinif şagirdləri üçün təşkil olunan Lütfi Zadə adına məntiq olimpiadasının qalibləri üçün əvvəlki illərin beynəlxalq olimpiada iştirakçıları və qalibləri tərəfindən dərslər təşkil olunub. -
13.06.2022
ARTİ MDPİM Məktəbin İnkişaf Planının (MİP) təqdimatlarını davam etdirir
ARTİ MDPİM Məktəbin İnkişaf Planının (MİP) təqdimatlarını davam etdirir. MDPİM əməkdaşları 9 iyun tarixində 18 və 51 nömrəli tam orta məktəblərin, 10 iyun tarixində isə 178 nömrəli tam orta məktəbin inkişaf planını təqdim ediblər. -
11.06.2022
"Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə yekunlaşıb
ARTİ, Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu UNICEF-lə birgə COVİD-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq və təhsilin inkişafına təkan vermək məqsədilə 2021-ci ilin sentyabr ayından həyata keçirilən "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)" adlı layihə yekunlaşıb. -
10.06.2022
AzTU-nun "SABAH Magistratura" tələbələrinin "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Stansiyasına səfəri
7 iyun 2022-ci il tarixində ARTİ-nin təşkilatçılığı ilə AzTU-nun "SABAH Magistratura" proqramının "Logistika və nəqliyyat" ixtisaslaşması üzrə təhsil alan bir qrup tələbəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Stansiyasına səfər edib. -
10.06.2022
MİQ üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb
2022-2023-cü tədris ili üzrə dövlət ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb. Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edib. Bu müddət ərzində namizədlərə miq.edu.az saytına daxil olaraq müsabiqədə iştirak etmək üçün müraciət imkanı verilib. -
10.06.2022
Tələbə və gənclər üçün "Uğurlu layihələrin yazılması və icrası" adlı təlim proqramı başlayır
Bir Könüllü Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və "Sustainera Consulting Services" şirkətinin birgə təşkilatçılığı ilə bakalavriat (III və IV kurs) və magistratura səviyyəsində təhsil alan tələbələr, yeni məzun olmuş şəxslər və gənc peşəkarlar üçün 4 - 8 iyul 2022-ci il tarixlərində "Uğurlu layihələrin yazılması və icrası" mövzusunda qısamüddətli təlim kursu keçiriləcək. -
10.06.2022
Metodika və pedaqogika üzrə təşkil ediləcək seminarda iştirak etmək istəyən şəxslərin nəzərinə!
ARTİ müəllimlərin işə qəbulu müsabiqəsinə və sertifikasiya imtahanına hazırlaşan namizədlərə dəstək məqsədilə təşkil edilən seminarları davam etdirir. Budəfəki seminar metodika və pedaqogika üzrə imtahana hazırlaşan şəxslər üçün nəzərdə tutulub. -
09.06.2022
ARTİ MDPIM tərəfindən Məktəbin inkişaf planının (MİP) təqdimatları davam edir
Bu dəfə MİP təqdim edilən növbəti məktəb 173 nömrəli tam orta məktəb olub. 8 iyun tarixində məktəb rəhbərliyi və müəllim kollektivi ilə görüş keçirilib və məktəbin inkişaf planı görüş iştirakçılarına təqdim olunub. Nəzərinizə çatdıraq ki, Məktəbin inkişaf planı TKTA-nın inspeksiya hesabatı əsasında hazırlanır. Hesabata əsasən məktəblərə metodik dəstəyin göstərilməsi, həmçinin Məktəbin inkişaf planının (MİP) hazırlanması nəzərdə tutulur.