22.10.2017

"Öyrədənik, bir addım öndəyik" layihəsinin təqdimat mərasimi oldu

Oktyabrın 21-də Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsinin pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqaməti üzrə qalibi olmuş “Öyrədənik, bir addım öndəyik” layihəsinin təqdimatı olub.

Layihənin məqsədi İsmayıllı kənd məktəblərində çalışan müəlllimlərin İKT bcarıqlarının artırlmasını,yerli və beynəlxalaq layihələrdə işləmək bacarıqlarının aşılanmasını təmin etməkdir

Layihənin rəhbəri olan İsmayıllı şəhər 1 saylı tam orta məktəbin musiqi müəllimi Mehdiyeva Surə öz layihəsinin təqdimatını çalışdığı məktəbdə reallaşdırıb. Tədbirdə məktəbin direktoru Gündüz Qədirov, Rayon İcra hakimiyyətinin müavini Rövşən Ağayev, baş məsləhətçi Gülər Baxışova, təhsil eksperti Ramil Süleymanov, RTŞ-nin metodisti, Respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov və rayonun müxtəlif məktəblərindən olan müəllimlər iştirak ediblər. Təqdimat maraqlı müzakirə aparılıb, iştirakçıların təklif və əlavələri səsləndirilib.

Layihə çərçivəsində oktyabr ayının 25-də İsmayıllı şəhər Topçu kənd məktəbində və həmin ayın 28-də Cülyan kənd məktəbində təlimlər keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.