28.12.2017

Azərbaycan Respublikasının Təhsil İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2017-2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edir. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870s nömrəli sərəncamı ilə təsdiq olunmuş PLANA əsasən aparılır.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 28 dekabr 2017-ci il - 29 yanvar 2018-ci il tarixləri arasında hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) səhər saat 10:00-dan axşam saat 17:00-dək Azərbaycan Respublikasının Təhsil İnstitutunun I korpusunda (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96) Elmi-pedaqoji kadr hazırlığı şöbəsində (II mərtəbə, otaq 17) qəbul olunur.

QƏBUL QAYDALARI