28.12.2017

Azərbaycan Respublikasının Təhsil İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2017-2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edir. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2017-ci il tarixli, 870s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən aparılır.

Doktorant və dissertant hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli, 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq həyata keçirilir.

 

DOKTORANTURA VƏ DİSSERTANTURA  YOLU İLƏ TƏHSİL ALMAQ İSTƏYƏN ŞƏXSLƏRƏ

ŞAMİL EDILƏN TƏLƏBLƏR:

“Fəlsəfə doktoru” proqramı üzrə:

  • Ali təhsil müəssisələrinin magistratura səviyyəsi və ya ona bərabər tutulan təhsil səviyyəsi;
  • İxtisas uyğunluğu;
  • Dissertant kimi təhkim olunmaq istəyən şəxslər üçün ixtisası üzrə elmi və elmi-pedaqoji iş stajına malik olması;
  • Dissertant kimi təhkim olunmaq istəyən şəxslər üçün müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətlərin olması;
  • Xarici dil bacarıqları;

Elmlər doktoru proqramı üzrə:  

  • Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi;
  • Seçilən ixtisas üzrə pedaqoji staj;
  • Elmi və ya elmi-pedaqoji nailiyyətlər;
  • Fundamental tədqiqatları yüksək səviyyədə aparmaq bacarığı;
  • Yüksək səviyyədə xarici dil bacarıqları;

 

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Doktorantura və dissertanlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər üçün

  • ərizə (Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun adı­na);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Elmlər doktoru proqramı üzrə

  • ərizə (Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun adı­na);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı;
  • “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplo­munun müvafiq qaydada təsdiq edilmiş surəti;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

TARİXLƏR

Sənədlərin qəbulu: 28 dekabr 2017-ci il – 29 yanvar 2018-ci il.

Sənədlər Azərbaycan Respublikasının Təhsil İnstitutunun I korpusunda (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96) Elmi-pedaqoji kadr hazırlığı şöbəsində (II mərtəbə, otaq 17) hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) səhər saat 10:00-dan axşam saat 17:00-dək qəbul olunur.

Qəbul imtahanları (dissertant təhkim olunmaq istəyən şəxslərlə müsahibələr) 5-23 fevral 2018-ci il aralığında keçiriləcəkdir.

 

İMTAHAN FORMATI

Doktoranturaya fəlsəfə doktoru proqramı (əyani və qiyabi) üzrə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil müəssisələrinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində imtahan verirlər.

Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsahibə keçirilir.

 

ƏLAQƏ

www.arti.edu.az

Tel: (012) 493 82 71

Email: [email protected]