13.12.2017

"Öyrədənik, bir addım öndəyik" layihəsinin bağlanış mərasimi olub

13 dekabrda “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Öyrədənik, bir addım öndəyik” layihəsinin bağlanış mərasimi olub.

Tədbirdə İsmayıllı Rayon Təhsil şöbəsinin metodistləri, məktəb direktorları  və bir çox məktəbdən olan müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon Təhsil şöbəsinin metodisti Rəşid Məmmədov qeyd edib ki, İsmayıllı rayonundan dörd müəlimin “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”ndə qalib olması çox qürür vericidir. İsmayıllı rayon 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov isə öz çıxışında layihə rəhbərlərinə təbriklərini çatırıb  və  eyni zamanda  bu cür əzmkarlıqlarına görə onlara təşəkkür edib. Layihə rəhbəri Surə Mehdiyeva  layihənin əqsədi, görülən işlər vəlayihənin əhəmiyyətindən danışıb.

Tədbirin sonunda layihə çərçivəsində təlim iştirakçıları və  müsabiqənin qalibləri mükafatlandırılıb.

Layihənin əsas məqsədi İsmayıllı kənd məktəblərində çalışan müəlllimlərin İKT bacarıqlarının artırlmasını, yerli və beynəlxalaq layihələrlə işləmək bacarığının aşılanmasını təmin etməkdən ibarət olub.

Layihə çərçivəsində ümumilikdə 300 müəllimə təlim keçirilib.

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin musiqi müəllimi Surə Mehdiyevanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 ay olub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.