02.12.2017

"Elektron resursların təbliği" layihəsi çərçivəsində seminar keçirilib.

Dekabrın 2-də “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş " Elektron resursların təbliği” layihəsi seminar keçirilib.

Mingəçevir şəhəri 15 nömrəli tam orta məktəbdə keçirilən seminarda Mingəçevir şəhərində yerləşən məktəblərdə çalışan müxtəlif fənn müəllimləri iştirak edib. Seminarda müəllimlər elektron resurslar haqda məlumatlandırılıb və onlara elektron resurslardan istifadə qaydaları öyrədilib. Sonda müəllimlərə bukletlər paylanılıb.“

Elektron resursların təbliği” layihəsinin əsas məqsədi regionlarda çalışan müəllimlərə Təhsil Nazirliyinin tərtib etdiyi elektron resurslar haqqında müəllimlərə ətraflı məlumat vermək, elektron resurslardan istifadə qaydalarını öyrətmək, onların çalışdığı məktəbin şagirdlərinə də bu barədə ətraflı məlumat vermək və istifadə qaydalarını izah etməkdir.

Layihə çərçivəsində 16 dekabr tarixində Gəncə şəhərində növbəti seminarın keçirilməsi nəzərdə tutulub.

Sabunçu rayonuda yerləşən 255 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Zülfüqarova İradə Balaqardaş qızının rəhbərlik etdiyi layihənin icra müddəti 22 dekabrda başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.