29.11.2017

Goranboyda müəllimlər üçün keçirilən təlimlər davam edir

Goranboy rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Yeni təlim texnologiyaları və müəllim bacarığının artılması” layihəsi çərçivəsində işlər davam edir.

Həftədə 2 dəfə olmaqla Goranboy şəhər 2 nömrəli tam orta məktəb və Borsunlu kənd 1 nömrəli tam orta məktəbdə təlimlər davam etməkdədir.Təlim zamanı müəllimlər öyrəndiklərini praktik olaraq tətbiq etmələri üçün hər təlim günündən sonra müəllimlərə keçilmiş mövzu üzrə material hazırlamaları və növbəti təlim günündə nümayiş etdirmələri tapşırılır.

Layihənin məqsədi Goranboy məktəblərində olan pedoqoji heyəti müasir Təlim Texnologiyaları ilə tanış etmək, dərs prosesində bu üsulların tətbiqinin mümkünlüyünü və formalarını çatdırmaqdır. Layihə hər məntəqədə 20 nəfər olmaqla 40 nəfəri əhatə edir.

Bu layihənin məqsədi Goranboy məktəblərində olan pedoqoji heyəti müasir Təlim Texnologiyaları ilə tanış etmək ,dərs prosesində bu üsulların tətbiqinin mümkünlüyünü və formalarını çatdırmaqdır.Layihə hər məntəqədə 20 nəfər olmaqla 40 nəfəri əhatə edir.

Artıq “Activİnspire” proqramının təliminə başlanılıb. İlk öncə təlim işitrakçılarına proqramın qurulması, Elektron lövhə və proyektora qulluq haqqında əyani şəkildə məlumat verilib. Sonrakı günlərdə onlar dərs prosesində  bu proqramın köməyi ilə dərs hazırlanması işi ilə ətraflı şəkildə tanış olub və bu mövzu ətrafında müzakirələr aparıblar. Təlimçi tərəfindən hazırlanmış təlim materialları kitab halında hazırlanaraq mətbəə çapı üçün təqdim edilib.

2 dekabr tarixindən etibarən kitab halına salınmış materialların təlim iştirakçılarına paylanılması planlaşdırılır.

Növbəti təlim günündə  Təhsil Nazirliyi tərəfindən hazırlanmış e-derslik.edu.aze-test.edu.az elektron resursları barədə iştriakçılara məlumat veriləcək. Təlim müddətində eyni zamanda müəllimlərə digər elektron veb resurslar barədə də məlumat verilməkdədir. Təlimin son həftəsində müəllimlərə online rejimdə elektron qiymətləndirmə hazırlanması haqqında məlumat verilməsi düşünülür.

Goranboy şəhər 2 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim Sona Məmmədovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 22 dekabrda başa çatacaq.       

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.