19.11.2017

Valideynlərin təhsil prosesində iştirakına dair tədbir keçirilib

19 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyasında qalibi olmuş "Uğurlu əmәkdaşlığın qurulması, valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması”  layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Füzuli rayonu 50 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə 13 noyabrda baş tutmuş tədirdə iştirak edən 3-cü sinif valideyinləri və eyni zamanda 2 və 4-cü sinif şagirdləri və valideynləri,  2,3 və 4-cü sinif  müəllimləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Fizuli rayon 50 saylı tam orta məktəbin direktoru və "Uğurlu əməkdaşlığın qurulması və valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması" layihəsinin rəhbəri Günel Kazımova layihə haqqında ətraflı məlumat verdi. Bu layihənin məktəb üçün necə böyük bir uğurlu layihə olduğu haqqında ətraflı məlumat verib.

Sonra layihənin eksperti  İnnovativ İdeyalar İnsitutunun direktoru və  Peşəkar Təlimçilər Akademiyasının təsisçisi, İKT, təhsil, karyera quruculuğu və düzgün peşə seçimi üzrə beynəlxalq təlimçi/ekspert Ramil Suleymanov şagirdlər arasında əməkdaşlığın gücləndirilməsindən, bunun ücün öncə valideynlərin bir biri ilə sıx ünsiyyətin, əlaqənin olmasının vacibliyindən danışıb. Valideyinlər öz övladlarının gələcək həyatları, onların peşə seçimi barədə olan narahatçılıqlarını dilə gətiriblər. Bundan sonra valideynlərə dünyada bu sahədə mövcud olan uğurlu məktəb təcrübələri haqqında ətraflı məlumat verilib.

Layihənin məqsədi valideynlərin və ictimaiyyətin təlim tərbiyə prosesində iştirakını təmin etməkdən ibarətdir. Belə ki, valideynlərin və ictimaiyyətin təlim tərbiyə prosesində iştirakı Azərbaycan Respublikasının hüquqi, demokratik cəmiyyət və dünyəvi dövlət quruculuğu yolunda aparılan təhsil islahatının ən vacib istiqamətlərindəndir. Həmçinin, uşağın şəxsi inkişafı və təlim tərbiyə prosesindəki nailiyyətləri daha çox valideynlərin onlara olan münasibətindən asılıdır.

“Uğurlu əməkdaşlığın qurulması” layihəsi yalnız Füzuli rayonunun 50 saylı tam orta məktəbində təhsil alan şagirdlərin valideynləri arasında reallaşdırılan layihədir. 

Günel Kazımovanın rəhbərliyi ilə ümumi təhsil müəssisələri kateqoriyasında qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.