18.11.2017

"İngilis dilində danışıq və sinifdənxaric oxu klubları" layihəsi üzrə təlimlər davam edir

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "İngilis dilində danışıq və sinifdənxaric oxu klubları" layihəsi çərçivəsində şagirdlərə növbəti təlim keçirilib.

18 noyabrda layihə çərçivəsində keçirilən növbəti təlimdə şagirdlər Şekspir və onun yaradıcılığı ilə tanış olublar. Şagirdlərə Uilyam Şeksprin həyatı, övladları, ilkin məşğuliyyəti, yaratmış olduğu “Globe” teatrı, doğma şəhəri Startford haqqında bilgilər verilib. Şagirdlər Şeksirlə tanışlıqdan sonra onu Azərbaycanın dramaturqları ilə müqaisə ediblər. Sonra qruplarla işləyiblər. ”Romeo və Clüetta” əsərinin oxunuşu keçirilib. Ümumilikdə təlim boyunca şagirdlər maraqlı informasıyalar əldə ediblər.

Layihənin əsas məqsədi sinifdənxaric və məktəbdənkənar tədbirlər hesabına şagirdlərin ingilis dilində oxu və danışıq bacarıqlarını təhkmilləşdirmək, Qazax rayonunun yeniyetmə və gəncləri arasında ingilis dilinin inkişafına təkan verməkdir.

Qazax şəhəri 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Tahirə Xasməmmədovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.