03.12.2018

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2018-2019-cu il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2018-2019-cu il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edir. Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli 774 s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən aparılır.

Doktorant və dissertant hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq həyata keçirilir.

 

DOKTORANTURA VƏ DİSSERTANTURA  YOLU İLƏ TƏHSİL ALMAQ İSTƏYƏN ŞƏXSLƏRƏ

ŞAMİL EDİLƏN TƏLƏBLƏR:

“Fəlsəfə doktoru” proqramı üzrə:

  • ali təhsil müəssisələrinin magistratura səviyyəsi və ya ona bərabər tutulan təhsil səviyyəsi;
  • ixtisas uyğunluğu;
  • dissertant kimi təhkim olunmaq istəyən şəxslər üçün ixtisası üzrə elmi və elmi-pedaqoji iş stajına malik olması;
  • dissertant kimi təhkim olunmaq istəyən şəxslər üçün müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətlərin olması;
  • xarici dil bacarıqları.

 

Elmlər doktoru proqramı üzrə:  

  • “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi;
  • seçilən ixtisas üzrə pedaqoji stajı;
  • elmi və ya elmi-pedaqoji nailiyyətləri;
  • fundamental tədqiqatları yüksək səviyyədə aparmaq bacarığı;
  • yüksək səviyyədə xarici dil bacarıqları.

 

TƏLƏB OLUNAN SƏNƏDLƏR

Doktorantura və dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər üçün:

  • ərizə (Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun adı­na);
  • kadrların şəxsi-qeydiyyat vərəqi (iş yerində imzalanmış və möhürlənmiş);
  • tərcümeyi-hal (çap və elektron formada);
  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • iş stajı olanlar üçün əmək kitabçasından (sonuncu iş yerindən) təsdiq edilmiş çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı (forma 2.4);
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplom və diploma əlavələrin (əsli şəxsən təqdim edilir) müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (əsli şəxsən təqdim edilir));
  • magistr təhsili olanların dissertasiyasının çap və elektron forması (diskdə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti(əsli şəxsən təqdim edilir).

 

Elmlər doktoru proqramı üzrə:

  • ərizə (Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktorunun adı­na);
  • kadrların şəxsi-qeydiyyat vərəqi (iş yerində imzalanmış və möhürlənmiş);
  • tərcümeyi-hal (çap və elektron formada);
  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından (sonuncu iş yerindən) təsdiq edilmiş çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı (forma 2.4);
  • Fəlsəfə doktoru (elmlər namizədi) diplomunun notarial qaydada təsdiq edilmiş surəti, fəlsəfə doktoru (elmlər namizədi) dissertasiyası və avtoreferatı ilə birgə (çap və elektron formada – diskdə) təqdim edilir;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti (əsli şəxsən təqdim edilir).

 

TARİXLƏR

Sənədlərin qəbulu: 3 dekabr 2018-ci il – 24 dekabr 2018-ci il.

Sənədlər Azərbaycan Respublikasının Təhsil İnstitutunun I korpusunda (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96) Elmi-pedaqoji kadr hazırlığı şöbəsində (II mərtəbə, otaq 17) hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) səhər saat 10:00-dan axşam saat 17:00-dək qəbul olunur.

Qəbul imtahanları (dissertant təhkim olunmaq istəyən şəxslərlə müsahibələr) 10-25 yanvar 2019-cu il aralığında keçiriləcəkdir.

 

İMTAHAN FORMATI

Doktoranturaya fəlsəfə doktoru proqramı (əyani və qiyabi) üzrə qəbul olunmaq istəyənlər ixtisas fənnindən, xarici dildən (ingilis, alman və ya fransız) və fəlsəfədən ali təhsil müəssisələrinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində imtahan verirlər.

Dissertanturaya qəbul olunmaq istəyənlərlə müsahibə keçirilir.

Qeyd: Pedaqoji sahədə fəlsəfə doktoru elmi dərəcəsi iddiaçılarının ali təhsil müəssisəsində aldığı ixtisas üzrə təhsil sahəsində pedaqoji stajı iki ildən az olmamalıdır. 


ƏLAQƏ

www.arti.edu.az

Tel: (012) 493 82 71

E-mail: [email protected]


Tərcümeyi-hal forması

Anket sorğusu forması

Qeyd: Tərcümeyi-halın elektron formasını və  anket sorğusu formasını [email protected] ünvanına göndərin.