24.12.2020

"Qələbə dərsləri"

Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirməyə dəstək məqsədilə dərslik müəllifləri "Qələbə dərsləri" adlı könüllü layihəyə qoşulublar. Layihənin icrasında müxtəlif nəşriyyatlar da yaxından iştirak edir.

Layihə çərçivəsində hər fənnin məzmununa üzvi şəkildə inikas olunmuş mövzuları müvafiq siniflər üzrə distant dərs zamanı istifadə etmək planlaşdırılır. İlkin olaraq biologiya fənnindən VI, IX, X və XI siniflər üzrə uyğun materiallar tərtib edilib. Digər fənlər üzrə də mövzular hazır olduqca səhifəmizdə paylaşılacaq.

Mövzularla tanış olmaq üçün aşağıdakı fənlərin üzərinə klikləyə bilərsiniz:

Biologiya - 6-cı sinif

Biologiya - 7-8-ci sinif

Bilogiya - 9-11-ci siniflər

Tarix - 5-8-ci siniflər

Tarix - 9-11-ci siniflər

Həyat bilgisi - 5-7-ci sinflər

Həyat bilgisi - 8-9-cu siniflər