03.11.2021

""Happy Campers" dərslik komplekti – İbtidai siniflərdə ingilis dilinin effektiv təlim resursu kimi" mövzusunda vebinar keçiriləcək

ARTİ 5 noyabr tarixində saat 17:00-da ““Happy Campers” dərslik komplekti – İbtidai siniflərdə ingilis dilinin effektiv təlim resursu kimi” mövzusunda vebinar təşkil edəcək.

Vebinarın moderatoru ARTİ-nin Tədris resursları şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Rasim Abdurazaqov, spikerləri ARTİ-nin direktor müavini Ülkər Babayeva, “Happy Campers” dərslik komplektinin Azərbaycan Respublikasında ümumi təhsilin ibtidai təhsil səviyyəsi üçün əsas xarici dilin məzmun standartlarına uyğunlaşdırılması üzrə milli məsləhətçisi, Birləşmiş Krallığın Varvik Universitetində ingilis dilinin tədrisi üzrə humanitar elmlər sahəsində magistr təhsili almış Arifə Rəsulova və Bakı şəhəri 279 №-li tam orta məktəbin ibtidai siniflərində ingilis dili müəllimi Cəmilə Nəbiyeva olacaq.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.