03.11.2021

"SABAH.lab" Akselerasiya Mərkəzi Azərbaycan-Fransız Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində təqdim olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində yaradılan “SABAH.lab” Akselerasiya Mərkəzinin ali təhsil müəssisələri üçün təqdimatları davam edir.

Növbəti təqdimatlar Azərbaycan-Fransız Universiteti (UFAZ) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün keçirilib.

UFAZ-da spiker qismində “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru, sahibkar və Azərbaycanda bir sıra uğurlu startapın təsisçisi Rəhim Bayramlı, “Wolt Azerbaijan” şirkətinin keçmiş icraçı direktoru Fuad Babayev, “IBM iX” şirkətinin texniki direktoru və sahibkar Petras Slekys və “Push30” şirkətinin icraçı direktoru və “SABAH.lab” Akselerasiya Mərkəzinin əməliyyatlar üzrə direktoru Adil Qasımov iştirak ediblər. Görüşə, həmçinin UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamil Piriyev qatılıblar.

AzMİU-da keçirilən görüşdə “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru, sahibkar və Azərbaycanda bir sıra uğurlu startapın təsisçisi Rəhim Bayramlı, “Wolt Azerbaijan” şirkətinin keçmiş icraçı direktoru Fuad Babayev, “IBM iX” şirkətinin texniki direktoru və sahibkar Petras Slekys və “BirTika” şirkətinin icraçı direktoru və “Push30” şirkətinin satış direktoru Fərəh Məmmədli iştirak ediblər. AzMİU tərəfdən görüşə Strateji planlaşdırma şöbəsinin müdiri Türkan Əliyeva və İnnovativ biznes inkubasiyasının müdiri Nəsibə Əmirbəyova qoşulublar.

Görüşlər zamanı spikerlər öz uğur hekayələri barədə çıxış edib, tələbələrin suallarını cavablandırıblar.