02.11.2021

"Təbiət-5" dərslik komplekti pilot sınağına təqdim edilib

ARTİ-nin təşkilatçılığı ilə hazırlanmış “Təbiət-5” dərslik komplekti 2021/2022-ci tədris ilində ölkə üzrə 132 məktəbdə pilot sınağına təqdim edilib.

Qeyd edək ki, pilot siniflərdə dərs deyən müəllimlər 36 saatlıq təlimlərə cəlb olunub, həmin müəllimlər və dərslik müəlliflərinin mütəmadi əlaqə saxlamaları üçün rəqəmsal platforma üzərində qrup yaradılıb.

Müəllimlərin verdiyi məlumata görə şagirdlər dərslik komplektinin məzmun və dizaynına, fənnin özünə böyük maraq göstərir, fənn müəllimlərinin tapşırdığı layihələri həvəslə icra edirlər.