02.11.2021

Regionlarda metodistlərlə görüşlər keçirilib

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə 1 noyabr tarixində növbəti səfər keçirilib. Görüşlər Şuşa, Zəngilan rayonları üzrə metodik kabinetlərin, həmçinin Ağdam və Laçın rayonlarının Bakıda fəaliyyət göstərən metodik kabinetlərinin əməkdaşları ilə təşkil olunub.  

Qeyd edək ki, ümumilikdə 16 nəfər metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşlər keçirilib, elektron təqdimatlar nümayiş olunub. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib.