02.11.2021

"Distant təhsildə çağırışlar və nailiyyətlər" konfransı keçiriləcək

“Distant təhsildə çağırışlar və nailiyyətlər” konfransına hazırlıq işləri gedir. ARTİ-nin və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq konfrans noyabr ayının 29-u 2021-ci il tarixində onlayn formatda keçiriləcək.

Konfransın əsas məqsədi son illərdə Azərbaycanın distant təhsil təcrübəsini, bu istiqamətdə görülən işləri, uğurlu dünya təcrübəsinin ölkəmizdə tətbiq perspektivlərini müzakirə etmək və gələcək hədəfləri müəyyənləşdirməkdir. Onlayn baş tutacaq konfransda Təhsil Nazirliyi və ona tabe qurumların nümayəndələrinin, ali və orta-ixtisas təhsili müəssisələrinin rəhbərliyi, pedaqoji və inzibati heyətinin və maraqlanan digər şəxslərin iştirakı nəzərdə tutulub. Müxtəlif panellərdən və sessiyalardan ibarət konfransın gündəliyi tezliklə ictimaiyyətə təqdim olunacaq.

Konfransda iştirak etmək üçün aşağıdakı keçiddə qeydiyyatdan keçməyiniz xahiş olunur:

https://forms.office.com/r/GhdeCfPBYa