02.11.2021

"Yerin Günəş və öz oxu ətrafında hərəkəti və onun coğrafi nəticələri. Yerin Günəş və öz oxu ətrafında hərəkətinə dair məsələlərin izahı" mövzusunda vebinar keçiriləcək

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 3 noyabr saat 17:00-da “Yerin Günəş və öz oxu ətrafında hərəkəti və onun coğrafi nəticələri. Yerin Günəş və öz oxu ətrafında hərəkətinə dair məsələlərin izahı” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Elvin Soltanov çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.