28.10.2021

Metodist hazırlığı və metodistlərin təlimatlandırılması istiqamətində fəaliyyətlər davam edir

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən metodist hazırlığı və metodistlərin təlimatlandırılması istiqamətində fəaliyyətlər davam etdirilir. Belə ki, 11 oktyabr tarixindən etibarən regionlar üzrə metodik kabinet əməkdaşları təlimlərə cəlb olunur.

Təlimlər 6 müxtəlif modul - “Fənn kurikulumları”, “Alt standartlardan təlim nəticələrinin çıxarılması”, “Qiymətləndirmə”, “Səmərəli təlim mühitinin yaradılması”, “Sinfin idarə edilməsi”, “Dərsdinləmə prosesinin təşkili” üzrə keçirilir və zəruri metodik dəstək bacarıqları aşılanır.  

Qeyd edək ki, təlimin məqsədinə uyğun olaraq bütün region metodistlərinin cəlb edilməsi üçün təlimlər mərhələli olaraq davam etdirilir.