28.10.2021

"İstedadlı uşaqlarla işin təşkili" mövzusunda görüş keçirilib

28 oktyabr 2021-ci il tarixində ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin əməkdaşları tərəfindən “İstedadlı uşaqlarla işin təşkili” mövzusunda Yerli Təhsili İdarəetmə Orqanlarının nəzdində Metodik Kabinet direktorları ilə Microsoft Teams platforması vasitəsilə onlayn görüş keçirilib.

Görüş iştirakçıları ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin illik fəaliyyət istiqaməti haqqında məlumatlandırılıb, onlara istedadlı şagirdlərin müəyyən edilməsi və həmin şagirdlərlə işin təşkilinə dair metodik və praktik tövsiyələr verilib.

Sonda görüş iştirakçılarının təklif və rəyləri dinlənilib, müvafiq istiqamətdə sualları cavablandırılıb.