27.10.2021

Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə müəllimlər əməkdaşlığa dəvət edilir

ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrində tədris aparmaq üçün müəllimləri əməkdaşlığa dəvət edir.

“Təlim və tədrisin təşkili və metodikası” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:

  • Sosial elmlərdə statistika və data analizi
  • Təhsildə keyfiyyət təminatı
  • Qiymətləndirmə 
  • Təhsil müəssisələrində təşkilati davranış
  • Sinfin idarəolunması

Namizədlərə dair tələblər:

  • Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
  • Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
  • İKT resurslarından sərbəst istifadə bacarıqları;
  • İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.

Müsabiqədə iştirak etmək istəyən namizədlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected]  elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaqlar.

Müraciət üçün son tarix: 15 noyabr 2021-ci il, saat 23:59