19.10.2021

"Təbiət fənlərinin tədrisi" adlı vebinar

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində təbiət fənlərini tədris edən müəllimlər üçün vebinar təşkil olunacaq. 

"Təbiət fənlərinin tədrisi" adlı vebinarın moderatoru “Scientix”in Azərbaycandakı səfiri, Bakı şəhəri 60 nömrəli tam orta məktəbin kimya müəllimi Şirin Məmmədova olacaq.

22 oktyabr saat 17:00-da keçiriləcək vebinarda müəllimlərə “Scientix” təşkilatının ümumi fəaliyyəti və Azərbaycanda təbiət fənlərinin tədrisində yaranan çətinliklər barədə məlumat veriləcək.

Vebinar onlayn formatda, MS Teams platforması üzərindən təşkil olunacaq. İştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçməlidirlər:

https://forms.gle/Zy6Pcz7nJevY8Pu78