19.10.2021

"Kobotlar: Elektronika, robotlar və yeni trendlər" adlı vebinar keçiriləcək

ARTİ Sizi, 27 oktyabr 2021-ci il, saat 19:00-da “Kobotlar: Elektronika, robotlar və yeni trendlər” adlı vebinarda iştirak etməyə dəvət edir. Tədbir “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi çərçivəsində baş tutacaq.

Tədbirin spikeri Konika Minolta Avropa Biznes İnnovasiya Mərkəzində robototexnika üzrə proqram meneceri vəzifəsində çalışan Bahadur İbrahimov olacaq. Bahadur İbrahimov bakalavr təhsilini Türkiyədə Yıldız Texniki Universitetində Elektronika və telekommunikasiya mühəndisliyi, magistratura təhsilini isə 2014-cü ildə Vyana Texnologiya Universitetində Mühəndislik menecmenti ixtisası üzrə alıb. Daha sonra Vyana Texnologiya Universitetində Robototexnika və innovasiya menecmenti üzrə doktorantura təhsilini tamamlayıb. O, Azərbaycan Robototexnika və Avtomatlaşdırma Cəmiyyətinin (ARAS) təsisçisidir. 7 elmi nəşrin həmmüəllifidir, 1 patenti mövcuddur.

Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulub. Azərbaycan dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 25 oktyabr 2021-ci il tarixinədək bu linkdə qeydiyyatdan keçməyiniz xahiş olunur: https://forms.office.com/r/d3jaVbrzBd