08.10.2021

"I sinfə gedəcək uşaqların hazırlığında "Məktəbə hazırlaşırıq" təlim resurslarının rolu" adlı vebinar keçirilib

ARTİ 7 oktyabr tarixində "I sinfə gedəcək uşaqların hazırlığında “Məktəbə hazırlaşırıq” təlim resurslarının rolu" adlı vebinar təşkil edib.

Vebinarda strateji əhəmiyyətli təhsil islahatı olan ümumi təhsilin məktəbəhazırlıq səviyyəsində təlimin vacibliyindən, bu təlim prosesində istifadə olunan “Məktəbə hazırlaşırıq” təlim resurslarının rolundan danışılıb. Dinləyicilər spikerlər tərəfindən təlim resurslarının yenilənməsini zəruri edən amillər, onların quruluş, məzmun və təlim metodikasının xüsusiyyətləri ilə tanış edilib, həmçinin məktəbəhazırlıq qruplarından praktik nümunələr nümayiş olunub. Sonda məktəbəhazırlıq keçən uşaqların sayı ilə sonrakı tədris ilində birinci sinfə gedən şagirdlərin sayı arasında müqayisəli təhlil aparılıb.

Vebinarın moderatoru ARTİ-nin Tədris resursları şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Rasim Abdurazaqov, spikerlər ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, “Məktəbə hazırlaşırıq” təlim resurslarının həmmüəllifi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Laləzar Cəfərova, “Məktəbə hazırlaşırıq” təlim resurslarının müəlliflər qrupunun rəhbəri, Tibb Universitetinin Nevrologiya kafedrasının müəllimi, “Mədinə” tibb mərkəzinin baş həkimi, “Uşaq psixonevroloqu” ixtisası üzrə Yaponiyanın Tohoku Universitetində doktorluq proqramının məzunu, tibb elmləri üzrə fəlsəfə doktoru Kamran Salayev və Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin məktəbəhazırlıq qrupunun müəllimi Səbinə Səmədzadə olub.