06.10.2021

"I sinfə gedəcək uşaqların hazırlığında "Məktəbə hazırlaşırıq" təlim resurslarının rolu" adlı vebinar keçiriləcək

ARTİ 7 oktyabr saat 17:00-da "I sinfə gedəcək uşaqların hazırlığında “Məktəbə hazırlaşırıq” təlim resurslarının rolu" adlı vebinar təşkil edəcək.

Vebinarın moderatoru ARTİ-nin Tədris resursları şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Rasim Abdurazaqov, spikerlər ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri, “Məktəbə hazırlaşırıq” təlim resurslarının həmmüəllifi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Laləzar Cəfərova, “Məktəbə hazırlaşırıq” təlim resurslarının müəlliflər qrupunun rəhbəri, Tibb Universitetinin Nevrologiya kafedrasının müəllimi, “Mədinə” tibb mərkəzinin baş həkimi, “Uşaq psixonevroloqu” ixtisası üzrə Yaponiyanın Tohoku Universitetində doktorluq proqramının məzunu, tibb elmləri üzrə fəlsəfə doktoru Kamran Salayev və Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin məktəbəhazırlıq qrupunun müəllimi Səbinə Səmədzadə olacaq. 

Vebinarın əsas məqsədi I sinfə gedəcək şagirdlərin tədrisə hazırlıqlı baş­lamalarında, onların sinif-dərs prosesinə öncədən alışmalarının təmin edilməsində, uşaqlara sadə riyazi bacarıqlar, əlifba təlimi, oxu və yazı səriştələrinin aşıla­nmasında mühüm rol oynayan məktəbəhazırlıq qruplarının əhəmiyyəti haqqında məlumat verməkdir. Vebinar zamanı bu qruplarda istifadə olunan “Məktəbə hazırlaşırıq” əsas təlim resurslarının beynəlxalq təcrübəyə əsaslanan məzmunu və istifadə metodikasının xüsusiyyətləri izah olunacaq.

Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.