01.10.2021

"İbtidai siniflər üçün innovativ "Azərbaycan dili" dərsliyi: dilin tədrisində yeni yanaşmalar, qarşıya çıxan problemlər və onların aradan qaldırılma yolları" mövzusunda vebinar keçirilib

ARTİ tərəfindən “İbtidai siniflər üçün innovativ “Azərbaycan dili” dərsliyi: dilin tədrisində yeni yanaşmalar, qarşıya çıxan problemlər və onların aradan qaldırılma yolları” mövzusunda vebinar keçirilib. Vebinarın moderatoru ARTİ-nin Tədris resursları şöbəsinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rasim Abdurazaqov, spikerləri isə ibtidai siniflər üçün “Azərbaycan dili” dərslik komplektinin müəlliflər qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov, Sumqayıt şəhəri Nəsirəddin Tusi adına 12 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Zöhrə Məmmədova və ARTİ-nin Tədris resursları şöbəsinin əməkdaşı, Azərbaycan dili dərslik komplektinin həmmüəllifi Aysel Xanalıyeva olub.

Vebinarda yeni “nəsil” Azərbaycan dili dərslik komplektinin hazırlan­ması zəru­rə­ti, yeni dərsliyin ənənəvi dərslikdən məzmun və struktur fərqi, dil təlimində qarşıya çıxan problemlər müzakirə edilib, onların səmərəli həll yollarına dair tövsiyələr verilib. Həmçinin yeni dərsliklərin kütləvi istifadəyə veril­məz­­dən öncə pilot siniflərdə sınaqdan keçirilməsi və dərsliklərin təkmilləş­di­ril­məsi prosesi haqqında ictimaiyyət məlumatlandırılıb. İctimaiyyəti narahat edən aktual problemlər, məsələn, məktəbəqədər hazırlıq keçməyən şagirdlərə  I sinifdə əlifba təliminin sürətli həyata keçirilməsinin əlverişli metodikası, yazı bacarıqlarının niyə oxu ilə paralel verilmədiyi və s. məsələlərə aydınlıq gətirilib. Dərslik müəlliflərinin çıxışlarında sinif müəllimlərinə yeni dərsliklə işləməyin xüsusiyyətləri illüstrasiya materiallarının təqdimatları əsasında izah edilib, metodik vəsaitdən istifadənin zəruriliyi vurğulanıb. Sonda vebinar iştirakçılarının sualları cavablandırılıb.