29.09.2021

ARTİ I sinif müəllimləri üçün 5 fənn üzrə video təlimatlar hazırlayıb

2020-2021-ci tədris ilindən etibarən bütün ümumi təhsil müəssisələrində ARTİ tərəfindən hazırlanan və istifadəyə verilən yeni nəsil dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”,  I sinif “Azərbaycan dili” (dövlət dili),  "Macmillan" Nəşriyyatının I sinif  “İngilis dili” fənni üzrə “Happy Campers”, I sinif “Riyaziyyat” və I sinif "Математика”  dərslik komplektləri yer alır.

Dərslik komplektlərinin hazırlanma prosesində dünyada qəbul olunmuş müasir yanaşmalar, qabaqcıl təhsil sistemlərinin müvafiq kurikulumları və təlimin pedaqoji prinsipləri, habelə beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri təhlil edilib. Nəticədə dərsliklərin quruluş və məzmunu, təlim metodikası, müasir metodoloji yanaşmalar və digər didaktik prinsiplər ümumiləşdirilərək dərslik konsepsiyası və komplektləri hazırlanıb.

Sözügedən yeni dərslik komplektlərinin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videoları aşağıda təqdim edirik:

Azərbaycan dili (tədris dili)

Azərbaycan dili (dövlət dili)

Happy Campers

Riyaziyyat

Математика