28.09.2021

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumuna qeydiyyat bu gün bitir

1 oktyabr 2021-ci il tarixində keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumuna qeydiyyat bu gün saat 23:00-da bitəcək.

Beynəlxalq Forumda təhsil naziri Emin Əmrullayev açılış nitqi ilə çıxış edəcək.

Forumda iştirak ödənişsizdir. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://payment.tnetwork.az/

Məlumat üçün qeyd edək ki, beynəlxalq forum ARTİ və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə onlayn təşkil edilir.

“Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.