24.09.2021

ARTİ tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlanıb

ARTİ tərəfindən ümumtəhsil məktəblərinin Azərbaycan və rus bölmələrinin ibtidai sinifləri üçün Azərbaycan dili və riyaziyyat dərslik komplektləri hazırlanıb. Pilot olaraq sınaqdan keçirildikdən sonra I və II siniflər üçün dərslik komplektləri cari tədris ilindən etibarən ölkə üzrə kütləvi istifadəyə verilib.

Dərslik komplektinin tərkibinə dərslik, iş dəftəri və müəllim üçün vəsait daxildir.

İş dəftərləri ARTİ tərəfindən “Azərpoçt” MMC-nin məntəqələrində kütləvi satışa verilib. Valideynlər və müəllimlər üçün iş dəftərlərinin əlçatanlığını təmin etmək və vəsaitlərin saxta variantlarının satışının qarşısını almaq məqsədilə satış prosesi “Azərpoçt” MMC vasitəsilə həyata keçirilir. Bu proses ARTİ tərəfindən gündəlik monitorinq olunur.

Qeyd edək ki, “Azərpoçt” MMC-nin Bakı şəhəri üzrə 131 məntəqəsinə təqdim olunan iş dəftərlərinin 32 faizi hələ də məntəqələrdə qalıb. Növbəti həftədən başlayaraq ehtiyac olan məntəqələr üzrə iş dəftərləri yenidən təmin olunacaq.