20.09.2021

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumuna qeydiyyat müddəti uzadılıb

Çoxsaylı müraciətləri nəzərə alaraq 1 oktyabr 2021-ci il tarixində keçiriləcək Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumuna qeydiyyat müddəti 28 sentyabr tarixinə qədər uzadılıb.

Forumda iştirak ödənişsizdir. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://payment.tnetwork.az/

Məlumat üçün qeyd edək ki, beynəlxalq forum ARTİ və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə onlayn təşkil edilir.

“Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, 21-ci əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.